Gecəyarısı tekstil fabrikində yanğın: 4 nəfər öldü, 4 nəfər isə...
Bizi izləyin

Region

Gecəyarısı tekstil fabrikində yanğın: 4 nəfər öldü, 4 nəfər isə...

Türkiyənin İstanbul şəhərində yanğın hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, Böyükçəkməcə səmtində fəaliyyət göstərən dördmərtəbəli tekstil və plastik əşyalar fabrikində baş verən yanğın zamanı 4 işçi ölüb.

Onların xarici vətəndaş olduğu bildirilir. Digər 20 işçi isə binanın damından çıxarılaraq xilas edilib.

Yanğına müdaxilə edən 4 yanğınsöndürən də yüngül xəsarətlər alıb.

İstanbul valiliyindən verilən açıqlamada ölənlərin şəxsiyyətinin təyin edilməsi ilə bağlı işlərin aparıldığı qeyd olunub.

Yanğının səbəbi məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm