ABŞ İrana YALAN DANIŞDI: bir neçə ay içində...
Bizi izləyin

Region

ABŞ İrana YALAN DANIŞDI: bir neçə ay içində...

Donald Tramp Administrasiyasının bir tərəfdən İranın dini lideri Əli Xamanei və Xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib, digər tərəfdən müzakirə çağırışları göndərməsinə İran prezidenti Həsən Ruhani sərt reaksiya verib.

Publika.az xəbər verir ki, prezident ABŞ-ı yalan danışmaqda ittiham edib.

Nazirlər Kabinetinin iclasında danışan Ruhani bildirib ki, eyni zamanda həm müzakirəyə çağırıb, həm də xarici işlər nazirinə sanksiya tətbiq etməsi bir-birilə uzlaşmır.

“Vaşinqton hökuməti böyük bir ümidsizliyə qapılıb. Onlar ümidsiz olublar, gördükləri heç bir işdən nəticə əldə edə bilmirlər. İranı bir neçə ay içində qarışdırmağa ümid edirdilər, ancaq xalqın hər gün daha qətiyyətli və sağlam olduğunu gördülər” – Ruhani qeyd edib.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp sözügedən şəxslərə maliyyə sanksiyaları tətbiq olunacağını açıqlamışdı. Onun ardınca təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirmişdi ki, Vaşinqton müzakirələrə açıqdır. İranın edəcəyi tək şey o açıq qapıdan girməkdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm