Ərdoğanı "cəzalandırmaq" üçün GİZLİ PLAN: may ayında...
Bizi izləyin

Region

Ərdoğanı "cəzalandırmaq" üçün GİZLİ PLAN: may ayında...

Səudiyyə Ərəbistanı hökuməti Türkiyəyə qarşı xain planlar hazırlayıb.

Publika.az xəbər verir ki, bu iddia ilə “Middle East Eye” nəşri çıxış edib.

Xəbərə görə, plan Səudiyyə Ərəbistanının müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən açıq və gizli qaynaqlı kəşfiyyatlara istinadən hazırlanan sənədələrdə yer alıb. Kəşfiyyat sənədi BƏƏ hökuməti və təhlükəsizlik xidmətinə yaxınlığı olan “Əmirlik Siyasət Mərkəzi” düşüncə mərkəzi tərəfindən yazılan aylıq yayımlardan biridir.

İddiaya görə, “Səudiyyə Ərəbistanı üzrə aylıq sənəd, 24-cü say, may 2019” adlı sənəd məhdud sayda çap edilib. Rəsmi Ər-Riyad Türkiyə hökumətinə qarşı istifadə olunacaq strateji planın tətbiq edilməsi əmrini də məhz may ayında verib. Plan Ərdoğan hökumətini təzyiq altında saxlamaq, onu zəiflətmək və daxili məsələlərlə məşğul olmasını təmin etmək üçün bütün mümkün yollardan istifadəni nəzərdə tutur. Məqsəd isə Ərdoğanın və Türkiyənin regional təsirini məhdudlaşdırmaqdır.

Sənəddə bu ifadələr diqqət çəkir: “Krallıq Türkiyə iqtisadiyyatını hədəf almağa, Türkiyədəki Səudiyyə Ərəbistanı sərmayəsini mərhələli şəkildə sonlandırmağa, Türkiyəyə gedən səudiyyəli turistlərə alternativ istiqamətlər müəyyən etmək, türk mallarının idxalını azlatmaq və islami mövzularda Türkiyənin regional təsirini azaltmağa başlayacaq”.

İddiaya əsasən, Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman bu əmri səudiyyəli jurnalist Camal Qaşıqçının Türkiyədə qətlə yetirilməsindən sonra verib. Ərdoğanın qətldə Səudiyyə hökumətini günahlandırması şahzadəyə “pis təsir edib”.

Bütün bunlarla yanaşı, Türkiyənin vəziyyətdən xəbərdar olduğu və qarşılıq vermək üçün birbaşa Kral Salmanla əlaqə yaratdığı qeyd edilib. Məsələ ilə bağlı bilgisi olan ali səviyyəli bir qaynaq Qaşıqçı hadisəsindən sonra Türkiyəni cəzalandırmaq cəhdlərinin göz önündə olduğunu deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Səudiyyə kralı Salmanla telefonda danışmışdı. Ərdoğan Kral Salman və vəliəhd şahzadə də daxil olmaq, kral ailəsini Türkiyəyə dəvət etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm