Türkiyə ilə bağlı GİZLİ MƏKTUB ORTAYA ÇIXDI - Pompeodan inanılmaz sözlər
Bizi izləyin

Region

Türkiyə ilə bağlı GİZLİ MƏKTUB ORTAYA ÇIXDI - Pompeodan inanılmaz sözlər

ABŞ-ın dövlət katibi Mayk Pompeonun Kipr böhranı ilə əlaqədar olaraq Türkiyə əleyhinə fikirləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Yunanınstanın ingilis dilli “Ekathimerini” qəzeti Pompeonun sentyabrın 13-də Cənubi Kiprin Xarici işlər naziri Nikos Hristodoulidisə göndərdiyi məktubun detallarını açıqlayıb.

Qəzetin iddiasına görə, dövlət katibi həmkarına gördərdiyi məktubda Türkiyənin Kipr adasındakı qapalı Maraş şəhərini təktərəfli açmasının BMT qərarlarına zidd olduğunu və bölgədəki sülh danışıqlarına zərər verə biləcəyini bildirib.

Pompeonun məktubunda BMT Təhlükəsizlik Şurasının 550 və 789 saylı qətnamələrini xatırlatdığı bildirilir.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikası hökuməti 1974-cü ildən bağlanan və “kabus şəhəri” adlandırılan Maraşın açılması üçün səylərini artırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm