Region
Trampın təhdidinə Ankaradan TARİXİ CAVAB
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın “Türkiyə və kürdlər arasında vasitəçilik edə bilərik” sözlərinə cavab verib.
Publika.az xəbər verir ki, “Deutsche Welle” nəşrinə müsahibə verən Çavuşoğlu Ankaranın terrorçularla danışıqlar aparmayacağını bildirib.
“Biz terrorçularla vasitəçilik etmərik, müzakirələr aparmarıq. Ediləcək tək şey var: terrorçuların silahı buraxması. Biz keçmişdə Türkiyədə siyasi həlli sınadıq və nəyin baş verdiyini gördük. Onlar silahı buraxmadılar və yumşaqlığımızdan çox ciddi şəkildə sui-istifadə edərək şəhərlərdə nələr etdiklərini gördük”, - o deyib.
ABŞ-ın sanksiya təhdidindən danışan Çavuşoğlu vurğulayıb ki, bununla heç bir yerə çatmaq mümkün deyil.
“Sanksiyalardan qorxsaydıq, bu hərəkatı başlatmazdık. Milli təhlükəsizlik məsələsi bizim üçün həyati dərəcədə əhəmiyyətlidir”, - türkiyəli nazir qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Türkiyənin Suriyanın şimalında keçirdiyi “Sülh çeşməsi” əməliyyati ilə əlaqədar təhdid xarakterli açıqlama vermiş, ABŞ qarşısında üç variantın olduğunu bildirmişdi.
“İndi Türkiyə kürdlərə hücum edir, bu ikili 200 ildir bir-biri ilə döyüşür. İndi bizim üç variantımız var: Ya ora əsgər göndərəcəyik və hərbi olaraq qazanacağıq, ya Türkiyəni maliyyə olaraq və sanksiyalarla sərt bir şəkildə vuracağıq, ya da Türkiyə və kürdlər arasında bir razılaşma üçün vasitəçilik edəcəyik!”, - Tramp tvitterdə yazmışdı.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ