Ərdoğan ABŞ-a OD PÜSKÜRDÜ
Bizi izləyin

Region

Ərdoğan ABŞ-a OD PÜSKÜRDÜ

“Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul olunan qətnamələrə münasibət bildirərkən deyib.

“Açıq desəm özləri çalıb, özləri oynayacaqlar. Bununla belə ölkəmizə atılan iftiranın parlamentdə qəbul edilməsindən məyusuq. Onlara dedik ki, bu tarixçilərin, arxeoloqların işidir, səlahiyyət verək, onlar bu işi görsünlər. Buna siyasət donu geyindirməyək. Tarixləri soyqırımı, köləlik və müstəmləkəçiliklə dolu olan ölkənin Türkiyəyə dərs keçmək, söz demək haqqı ola bilməz. Lazım olan cavablar veriləcək. ABŞ-la siyasi müttəfiqliyimizə dair problemlərin həll olunacağına da ümid edirəm”, - Ərdoğan bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm