Deputat seçilmək istəyən müğənnidən Ərdoğana BÖYÜK JEST - FOTO
Bizi izləyin

Region

Deputat seçilmək istəyən müğənnidən Ərdoğana BÖYÜK JEST - FOTO

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın İzmir səfəri zamanı onunla görüşüb.

Publika.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının İzmir şöbəsinin qarşısındakı tədbirdə Ərdoğanın yanına gələn müğənni tribunadan qısa çıxış edib. İbrahim Tatlıses Ərrdoğanın rəhbəri olduğu siyasi partiyanın hakimiyyətdə olduğu 17 ildə böyük işlər gördüyünü deyib: "Bəzilər deyir ki, nə iş görmüsünüz? Əslində bizlər nələr etmədik ki... Gəlin, prezidentimizə sahib çıxaq, onu tək buraxmayaq. Mən əvvəl də demişdim, indi də deyirəm, ölümünə qədər prezidentimin yanındayam. Hamı bunu bilsin".

Qeyd edək ki, İbrahim Tatlıses bir neçə ildir ki, İzmirdə yaşayır və bizneslə məşğul olur. O, ötən parlament seçkisində hakim partiyadan namizəd olsa da, millət vəkili seçilməmişdi. Ümumilikdə isə 4 dəfə parlament seçkisində namizədliyini verən Tatlıses heç vaxt arzuladığı səsi toplaya bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm