İranda DƏHŞƏT: 304 nəfər vəhşicəsinə öldürüldü - FOTO
Bizi izləyin

Region

İranda DƏHŞƏT: 304 nəfər vəhşicəsinə öldürüldü - FOTO

İranda benzinin bahalaşmasından sonra baş qaldıran etiraz aksiyalarında 12-si uşaq olmaqla, ən azı 304 nəfər ölüb.

Publika.az xəbər verir ki, bunu Beynəlxalq Əfv Təşkilatı açıqlayıb.

Yaxın Şərq və Şimali Afrika Araşdırma və Müdafiə Komitəsinin direktoru Filip Lüter verdiyi yazılı açıqlamada, İran rejiminin ölkə miqyasında təşkil edilən aksiyalarda yüzlərlə insanı qətlə yetirdiyini ört-basdır etmək üçün hadisə şahidlərinin ifadə verməsinin qarşısını almaq məqsədilə, qorxu salmaq üçün təzyiq göstərməyə başladığını bildirib: “Bu mərhəmətsiz təzyiq kampaniyasına davam etmək yerinə, İran hökumətinin həbs etdiyi şəxslər dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”.

Açıqlamada həmçinin bildirilib ki, İran təhlükəsizlik qüvvələri risk daşımayan silahsız etirazçılara atəş açıb: “Ölümlərin çoxu baş, boyun və digər həyati əhəmiyyətə sahib orqanlara açılan atəş nəticəsində olub. Həbs edilənlər arasında 15 yaşdan kiçik yeniyetmələr belə var və onlara işgəncə verilir”.

Qeyd edək ki, İran, təşkilatın iddialarını təkzib edir. Etirazlarda ölənlər və həbs edilənlər barədə məlumatları gizləməkdə israrlıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm