Putinlə Zelenskidən 2020 razılaşması: əsirlər...
Bizi izləyin

Region

Putinlə Zelenskidən 2020 razılaşması: əsirlər...

Rusiya Prezidenti Vladimir Putin ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Tərəflərin bir-birinə Yeni il təbriklərini çatdırdığı, iki ölkə arasındakı qarşılıqlı münasibətləri müzakirə etdiyi bildirilib.

Açıqlamada Putinlə Zelenskinin 2020-ci ildə iki ölkə arasında yenidən əsir mübadiləsi aparılması ilə bağlı razılığa gəldikləri qeyd edilib.

Bundan əlavə, Zelenski və Putinin Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınması ilə bağlı müzakirələr apardığı diqqətə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm