Zelenskidən Putinə GÖZLƏNİLMƏZ TƏKLİF
Bizi izləyin

Region

Zelenskidən Putinə GÖZLƏNİLMƏZ TƏKLİF

İsraildə Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında görüş baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib. O bildirib ki, rəsmi Kiyevin irəli sürdüyü görüş təklifi rədd edilməyib. Uşakovun sözlərinə görə, Kreml rəhbərinin proqramı sıx olduğu üçün görüş ayaqüstü ola bilər.

Qeyd edək ki, dövlət başçıları yanvarın 23-də beşinci Dünya Holokost Forumunda iştirak etmək üçün İsrailə səfər edəcəklər.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm