SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
Bizi izləyin

Region

SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin müşaviri Əlirza Vahabzadə məlumat verib.

***

14:29

İranın Qum vilayətində iki nəfərin yeni koronavirusa yoluxması ilə bağlı ilk analizlərin nəticələri müsbət elan olunub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün növbəti analizlər aparılmaqdadır.

Cahanpur əlavə edib ki, Qum vilayətində ötən iki gün ərzində yeni koronavirus şübhəsi ilə əlaqədar bir neçə hal müşahidə olunub və şübhəli bilinən şəxslər karantinə alınıb.

Nazirlik rəsmisi şübhəli halların çoxunun qrip olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm