Region
Moskvada kütləvi dava: Ermənilər azərbaycanlılardan üzr istədi - VİDEO - (YENİLƏNDİ)
Video əlavə olunub.
***
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında baş verən kütləvi dava ermənilərin üzr istəməsi ilə bitib.
Publika.az xəbər verir ki, kütləvi dava şəhərin Oçaqova-Matveyevskya rayonunda baş verib.
Hadisə yerində olan Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev vəziyyətin nəzarətdə olduğunu bildirib.
“Hazırda Rusiya hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən araşdırma aparılır, hadisənin nəzarətdən çıxmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Biz, həm mühafizə orqanları, həm də soydaşlarımızla daima əlaqədəyik” - deyə Ş. Tağıyev bildirib.
Qeyd edək ki, Moskva şəhərində 30 yaxın erməni azərbaycanlıların üzərinə hücum edib. Digər həmyerlilərimizin də hadisə yerinə gəldiyini görən ermənilərin bəziləri ərazidən qaçıb, digərləri isə baş verən insidentə görə azərbaycanlılardan üzr istəyib.//Report.az
***
21:20 19.02.2020
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.
Publika.az-ın məlumatına görə, hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.
Hadisə şahidlərinin “Report”un Rusiya bürosuna bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib.
Verilən məlumata əsasən hadisə milli zəmində baş verib.
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...