Region
Koronavirus sürətlə yayılır - Prezident hərəkətə keçdi
İranın Mazandaran əyalətinə bağlı Babol şəhərində 2 nəfər koronavirus şübhəsi ilə karantinə götürülüb.
Publika.az xəbər verir ki, bu barədə Babol Universiteti Tibb Fakültəsinin dekan köməkçisi Mustafa Cəvaniyan danışıb.
O bildirib ki, dəqiq diaqnoz üçün analiz nəticələrini gözlənir.
Ötən gün Qum şəhərində 2 nəfərdə koronavirusdan ölüm faktı aşkarlanmışdı. Bu səbəbdən Qumda məktəblərin fəaliyyətinə 1 günlük fasilə verilib.
Prezident Həsən Ruhani İranda Koronavirusun Qarşısının Alınması və Mübarizə Mərkəzinin qurulması ilə bağlı əmr imzalayıb.
İran prezidentinin mətbuat katibi Əli Rəbiyi bildirib ki, qərar Qum şəhərində yeni tip koronavirus (Kovid-19) səbəbilə 2 nəfərin dünyasını dəyişməsindən sonra verilib. O, hökumətin epidemiya ilə mübarizə üçün lazımi tədbirləri görəcəyini qeyd edib.
Mərkəzə Səhiyyə, Daxili İşlər, Turizm və Nəqliyyat Nazirlikləri ilə Silahlı Qüvvələrin nümayəndələri qatılacaq.
İlk dəfə Çinin Uhan şəhərində ortaya çıxan epidemiya dünya miqyasında 75 min 700 nəfərə yoluxub. 2 min 2018 nəfər isə virusdan dünyasını dəyişib.
Zümrüd
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."