Türkiyə qaçqınlara qapıları açdı - 76 min 358 nəfər...
Bizi izləyin

Region

Türkiyə qaçqınlara qapıları açdı - 76 min 358 nəfər...

Ədirnə yolu ilə ölkədən gedən miqrantların sayı 76 min 358 nəfərə çatdı.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitter hesabında məlumat verib.

Nazir bildirib ki, başda suriyalılar olmaqla miqrantlar Yunanıstan və Bolqarıstana üz tutur.

Qeyd edək ki, Türkiyə İdlibdə 34 şəhid verdikdən sonra Avropaya getmək istəyən qaçqınlara mane olmayacağını bəyan etdi. Bu addım Avropa İttifaqı və BMT-də səs-küyə səbəb oldu. Təşkilatlar həm Türkiyəyə, həm də digər ölkələrə qaçqın köçünü dayandırmaq üçün hərəkətə keçmə çağırışı etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm