Ruhani dünyanı təhdid etdi: bunun nəticələri çox ağır olacaq
Bizi izləyin

Region

Ruhani dünyanı təhdid etdi: bunun nəticələri çox ağır olacaq

İrana tətbiq olunan silah embarqosu aradan qaldırılmasa, bunun ağır nəticələri olacaq.

Publika.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Dövlət televiziyasının məlumatına görə, prezident Nazirlər Kabinetinin toplantısında bu barədə danışıb.

“Amerikalılar silah sanksiyalarının götürülməsinə qarşı çıxır. ABŞ hökuməti bunu yaxşı bilməlidir ki, silah embarqosunun ləğvi nüvə razılaşmasının bir şərtidir. Əgər bu embarqo qaldırılmasa, nəticələri ağır olacaq”.

Ruhani təhdidlərin nədən ibarət olduğunu açıqlamayıb: “Bu mövzuda nələr edəcəyimizi P5+1 ölkələrinin liderlərinə göndərdiyim məktubun son paraqraflarında bildirmişəm. Onlar bunun nəticəsinin nə qədər ağır olacağını bilir”.

Silah embarqosunun tarixçəsi

İranın sabiq prezidenti Mahmud Əhmədinecad 2006-cı ildə uranın zənginləşdirilməsi fəaliyyətini başladandan sonra BMT Təhlükəsizlik Şurası İrana bir sıra sanksiyalar tətbiq etmək qərarı verdi. Rəsmi Tehrana nüvə fəaliyyətlərini dayandırmaq çağırışının edildiyi 31 iyul 2006-cı il tarixli 1969 saylı qərarda İrana nüvə başlıqlı raketlər istehsal edə biləcəyi hər növ məhsulun satışı qadağan edildi. Eyni ilin 23 dekabrında 1737 saylı qərarla əvvəlki qərarlar təkrarlandı və əlavə olaraq iranlı tələbələrə sözügedən sahələrdə tədris verilməsi qadağan olundu. 24 mart 2007-ci ildə isə ağır silahların satışı dayandırıldı. Türkiyə və Braziliyanın əlehinə səs verdiyi 9 iyun 2010-cu il 1929 saylı qərarda isə mövcud qadağalara hərbi silahların satışı da əlavə olundu.

BMT TŞ-nin 5 daimi üzvü (İngiltərə, ABŞ, Çin, Fransa, Rusiya) və Almaniya ilə İranın 2015-ci ildə imzaladığı nüvə razılaşmasında İrana tətbiq edilən tank, zirehli döyüş maşınları, ağır topçu sistemləri, döyüş təyyarələri, hücum helikopterləri, döyüş gəmiləri, raket və raket sistemləri kimi silahlara qoyulan qadağaların 5 il sonra 18 oktyabr 2020-ci ildə aradan qaldırılmasına dair 1 maddə də yer alır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm