İran İsraili təhdid etdi: "Kökündən yox ediləcək"
Bizi izləyin

Region

İran İsraili təhdid etdi: "Kökündən yox ediləcək"

Fələstin probleminin günahkarları I Dünya müharibəsindən sonra Osmanlı dövlətinin Asiyadakı torpaqlarını aralarında paylaşan qərb dövlətləridir.

Publika.az xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei “Qüds Günü” münasibətilə etdiyi çıxışında deyib.

Dini lider çıxışında Birləşmiş Millətlər Təşkilatının Fələstin və Yəməndəki müsəlmanların mühafizəsinə dair vəzifələrini yerinə yetirmədiyini bildirib.

“BMT və beynəlxalq insan haqları təşkilatları müsəlmanların qorunması müzakirə mövzusu olanda funksiyalarını yerinə yetirmir. İnsan haqları təşkilatları da ölüdür”.

ABŞ-ın əsas siyasətlərindən birinin İsrailin bölgədəki mövqeyini normallaşdırmaq olduğunu söyləyən Xamenei bölgədə Amerikanın kökləri kimi hərəkət edən bəzi ərəb toplumlarının da iqtisadi əlaqələr və bənzər şeyləri qıraraq bu normallaşdırmaya şərait yaratdığını deyib: “Bu təşəbbüslər tamamilə yararsız və boşdur. Sionist rejim ölümcül xərçəngdir və bu bölgəyə zərərlidir. Şübhəsiz, kökündən qoparılıb yox ediləcək”.

O, Fələstinə azadlıq bəxş etməyin İslami vəzifə olduğunu dilə gətirib.

Xamenei İranın Fələstinə silah yardımı göndərdiyini də etiraf edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm