İranda güclü zəlzələ - Xəsarət alanlar var
Bizi izləyin

Region

İranda güclü zəlzələ - Xəsarət alanlar var

İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə “İSNA” agentliyinə açıqlamasında Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mehdi Valipur bildirib.

Onun sözlərinə görə, həmin şəxslər zəlzələ zamanı qaçarkən xəsarət alıblar.

Öz növbəsində ölkənin təcili yardım xidməti bildirib ki, xilasetmə xidmətləri zəlzələ nəticəsində kənd və qəsəbələrə dəyən zərərləri hesablayır. Lakin xidmət zərərçəkənlər barədə məlumat verməyib.

Məlumata görə, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. / Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm