Türkiyədə koronavirus yenə can aldı
Bizi izləyin

Region

Türkiyədə koronavirus yenə can aldı

Türkiyədə son sutka ərzində 1172 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 19 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5186, yoluxanlar isə 203 min 456 nəfərə çatıb.

Türkiyədə indiyədək 178 min 278 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm