Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi
Bizi izləyin

Region

Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yeni həmkarı Ceyhun Bayramovu Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Tvitterdə paylaşım edib.

“Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramovu təbrik edirəm, ona vəzifəsində uğurlar arzulayıram. “Bir millət, iki dövlət” anlayışı ilə çalışmağa davam edəcəyik”, - deyə, M. Çavuşoğlu qeyd edib.

Bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Təhsil naziri vəzifəsindən azad edilən Ceyhun Bayramov digər sərəncamla Xarici İşlər naziri postuna təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm