Region
Türkiyədə qadağalar yenidən qüvvəyə minir
Artıq bir neçə gündür Türkiyə ərazisində COVID-19-a yoluxma və ölüm hallarında kəskin artım müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində tətbiq olunan qadağalar yenidən qüvvəyə minir.
Publika.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən COVID-19-a qarşı qabaqlayıcı tədbirlərlə bağlı yeni yol xəritəsi hazırlanaraq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına təqdim edilib.
Bu tədbirlər çərçivəsində böyük şəhərlər də daxil olmaqla Türkiyənin hər bölgəsində kütləvi tədbirlərin keçirilməsi, iaşə obyektlərində canlı musiqi səsləndirilməsi qadağan olunub. Bu gündən etibarən Türkiyənin bir çox şəhərlərində olduğu kimi rəsmi rəqəmlərə əsasən 16 milyondan çox əhalisi olan İstanbulda da ictimai nəqliyyatdan istifadə edənlərin sayı və ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılır.
Qaydaların tətbiqinə nəzarət məqsədilə hər bölgədə xüsusi qruplar fəaliyyət göstərəcək.
Qeyd edək ki, avqustun 31-də Türkiyənin orta məktəblərində yeni tədris ili distant qaydada başlayıb. COVID-19-la bağlı vəziyyətdən asılı olaraq ənənəvi təhsilin sentyabrın 21-dən məktəbəqədər və 1-ci siniflər üçün başlanması nəzərdə tutulur.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi