Ankaranı qum fırtınası bürüdü - FOTO
Bizi izləyin

Region

Ankaranı qum fırtınası bürüdü - FOTO

Türkiyənin paytaxtı Ankarada qum fırtınası hökm sürür.

Publika.az xəbər verir ki, Polatlı rayonunda evlər toz buludunun altında qalıb.

Meteorologiya Xidmətindən verilən məlumata görə, bölgəyə leysan yağışlar gələ bilər.

Ankara valisi Vasip Şahinin verdiyi məlumata əsasən, şiddətli külək nəticəsində 6 nəfər yüngül xəsarət alıb.

Saatda 50-55 km sürətlə irəliləyən küləyin 6 saat sonra sakitləşməsi gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm