Türkiyədə virusdan daha 61 nəfər öldü
Bizi izləyin

Region

Türkiyədə virusdan daha 61 nəfər öldü

Türkiyədə son sutka ərzində 1 519 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 61 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 7 506, yoluxanlar isə 302 min 867 nəfərə çatıb.

Türkiyədə indiyədək 267 min 233 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm