Türkiyəni gözləyən təhlükə: Professor proqnoz verdi
Bizi izləyin

Region

Türkiyəni gözləyən təhlükə: Professor proqnoz verdi

Türkiyənin cənubunda, dəniz səthindəki seysmik xətlərdə 7 baldan yuxarı zəlzələ baş verərsə, sunami təhlükəsi yarana bilər.

Publika.az xəbər verir ki, bunu Dokuz Eylül Universitetinin Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, Geoloji Mühəndislik Fakültəsinin müəllimi Həsən Sözbilir deyib.

Egey dənizində baş verən 5 bal gücündə zəlzələ barədə danışan professor bildirib ki, bölgə zəlzələ fırtınasına uyğundur. Buna görə də tez-tez zəlzələlərin baş verməsi normaldır: “Keçmişdə həmin bölgədə güclü zəlzələlər qeydə alınıb və onlar dağıdıcı gücdə olub. Antalya-Fethiye dolaylarında sunamiyə belə səbəb olub. Təbii ki, gələcəkdə də bu cür zəlzələlər ola bilər.

Qeyd edək ki, ötən gün Egey dənizində 20-dən çox zəlzələ qeydə alınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm