Region
Ərdoğan AÇIQLADI: Türkiyədə koronavirusa qarşı vaksinasiyaya START VERİLİR
Bütün dünyada sürətlə genişlənən yeni növ koronavirus (COVID-19) infeksiyasının Türkiyədə də yayılması sürətlənib. İnfeksiyadan qorunmaq üçün təmizlik, maska taxmaq və sosial məsafəyə əməl etmək lazımdır. Qaydalara əməl etməklə özümüzün təhlükəsizliyinə kömək edərik.
Publika.az əbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra əhaliyə müraciətində ifadə edib.
Türkiyənin COVID-19 infeksiyası ilə mübarizədə sistemli tədbirlər gördüyünü diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, gələn aydan etibarən məlum infeksiyaya qarşı peyvəndin tətbiqi nəzərdə tutulub və peyvəndləmədə ilk sırada səhiyyə işçiləri dayanacaqdır.
İnfeksiyanın yayılma təhlükəsindən bəhs edən dövlət başçısı riskləri azaltmaq üçün tətbiq olunan yeni məhdudiyyətlər barədə ictimaiyyəti məlumatlandırıb. Beləliklə, yeni məhdudiyyətlərə əsasən, həftənin ilk beş günü Türkiyə vaxtı ilə saat 21.00-dan 5.00-dək evdən çıxmaq qadağan edilib. Şənbə günü axşam 21-də başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.
Dövlət başçısı çıxışında gündəlikdə olan digər məsələlər barədə də geniş məlumat verib.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO