Region
Süleymaninin qətlinə görə 48 nəfər günahlandırılır
İran ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində qətlə yetirilən İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymaninin öldürülməsində 48 nəfəri günahlandırır.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə ölkənin insan hüquqları qərargahının katibi Əli Bakeri məlumat yayıb.
"Qasım Süleymaninin işi üzrə 48 təqsirləndirilən şəxs müəyyən olunub, onların məsuliyyətə cəlb olunması üçün lazımı addımlar atılıb", – deyə Bakeri bildirib.
Onun sözlərinə görə, İran baş vermiş hadisə ilə bu və ya digər şəkildə əlaqəsi olan bütün ölkələrə müraciət edərək informasiya verilməsini tələb edib.
"Axırıncı belə ölkə Almaniya olub. Bizdə Almaniyadakı Ramştayn bazasının Süleymaninin qətlində iştirak edən Amerika pilotsuz təyyarələri arasında məlumat mübadiləsinə qarışdığı barədə məlumat var", – deyə Bakeri vurğulayıb.
Qeyd edək ki, ABŞ bu ilin yanvar ayının 3-də Süleymaninin aradan qaldırılması üçün əməliyyat keçirib. İran buna cavab olaraq ABŞ əsgərlərinin yerləşdiyi İraq hərbi bazasına raket zərbələri endirmişdi. Prezident Tramp və Pentaqon rəsmiləri əvvəlcə zərbə nəticəsində insan itkisinin olmadığını bildirsələr də, sonradan hərbçilər arasında ölənlərin olduğunu etiraf etmək məcburiyyətində qalmışdılar.
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...