Türkiyənin paytaxtında ZƏLZƏLƏ OLDU
Bizi izləyin

Region

Türkiyənin paytaxtında ZƏLZƏLƏ OLDU

Türkiyənin paytaxtı Ankara şəhərində yeraltı təkanlar qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumata yayıb.

Bildirilir ki, Ankaranın Kalecik rayonunda yerli vaxtla 22:53 radələrində 4.5 bal gücündə zəlzələ baş verib.

Təkanlar yerin 12.81 km dərinliyində qeydə alınıb.

Hadisə zamanı sağıntı və itkilər qeydə alınmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm