Rusiyada KRİTİK TOPLANTI: Putin 11 yanvar görüşünü...
Bizi izləyin

Region

Rusiyada KRİTİK TOPLANTI: Putin 11 yanvar görüşünü...

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında görüş keçirib.

Publika.az xəbər verir ki, Rusiya Prezidenti yanvarın 11-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan liderləri ilə baş tutan üçtərəfli danışıqların nəticələri barədə görüş iştirakçılarına məlumat verib.

İclasda Rusiya dövlətinin daxili və xarici siyasətinin aktual məsələlərinin də müzakirə olunduğu qeyd edilir.

İclasda Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Viaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm