Rusiya PUA-lara qarşı hərəkətə keçdi: dünyada analoqu olmayan silah hazırlanır
Bizi izləyin

Region

Rusiya PUA-lara qarşı hərəkətə keçdi: dünyada analoqu olmayan silah hazırlanır

Rusiya dünyanın ilk çoxməqsədli raket sistemini istehsal edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Rostex” dövlət korporasiyasının silahlandırma kompleksinin sənaye direktoru Bekxan Ozdoyev RİA “Novosti”yə bildirib.

Qeyd edilib ki, Yüksək Həssaslıqlı Komplekslər konserninin tərkibində olan Konstruksiya Dizaynı Bürosu pilotsuz uçuş vasitələrini effektiv şəkildə vura bilən dünyanın ilk çoxməqsədli tank və zirehli texnika əleyhinə raket sisteminin ərsəyə gətirilməsinə başlayıb.

Hazırda dünyada heç bir ölkə pilotsuz uçuş aparatları kimi istilik spektrində bu qədər kiçik, manevr edən və aşağı kontrastlı hədəfləri inamla vura bilən sistemlərlə silahlanmayıb.

Yeni kompleksin raketləri üçün termal və optik olmaqla, iki kanallı bənzərsiz kombinə edilmiş başlıqlar hazırlanır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm