ABŞ-dan KRİTİK AÇIQLAMA: Putin görüşməyə hazırdır, Bayden isə PEŞMAN DEYİL
Bizi izləyin

Region

ABŞ-dan KRİTİK AÇIQLAMA: Putin görüşməyə hazırdır, Bayden isə PEŞMAN DEYİL

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Co Bayden ABC Nyus kanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putini “qatil” hesab etdiyini bildirib.

Publika.az xəbər verir ki, ABŞ rəhbərinin bu açıqlamasına Rusiya lideri özünəməxsus cavab verib.

"Biz digər ölkələri və insanları qiymətləndirdikdə, bu, bir növ güzgüyə baxmaq kimidir. Başqalarına ad verənlər, özləri elə adlanırlar",- deyə Putin qeyd edib.

Bu açıqlamanın ardından Vladimir Putin Co Baydeni onlayn debata dəvət edib.

Putinin təklifinə bu dəfə Ağ Evin Mətbuat Xidmətinin rəhbəri Cen Psaki cavab verib.

O bildirib ki, hazırda Prezident Baydenlə Putin arasında yaxın zamanda baş tutacaq toplantıdan xəbərləri yoxdur.

Psaki əlavə edib ki, Bayden Putinə "qatil" dediyinə görə peşman deyil.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm