Rusiyada təyyarə qəzası: 3 hərbçi öldü
Bizi izləyin

Region

Rusiyada təyyarə qəzası: 3 hərbçi öldü

Rusiyanın Kaluqa yaxınlığındakı hərbi aerodromunda Tu-22M3 strateji bombardmançısının katapultunun anormal işləməsi ucbatından təyyarənin ekipajının 3 üzvü həlak olub.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

İnsident təyyarənin uçuşa hazırlanması zamanı yaşanıb. Paraşutun açılması üçün hündürlüyün yetərli qədər olmamasına görə yerə düşən ekipaj üzvləri travma alaraq həyatlarını itiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm