“Türk Hava Yolları” Türküstana birbaşa uçuşlara başlayır
Bizi izləyin

Region

“Türk Hava Yolları” Türküstana birbaşa uçuşlara başlayır

“Türk Hava Yolları” (THY) bu il mayın 3-dən etibarən Qazaxıstanın Türküstan şəhərinə birbaşa uçuş həyata keçirməyi planlaşdırır.

Publika.az Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinə istinadla xəbər verir ki, “Türk Hava Yolları” aviaşirkəti İstanbul-Türküstan marşrutu üzrə həftədə üç dəfə “B-737” təyyarələri ilə müntəzəm uçuşlar həyata keçirəcək.

Gələcəkdə Türküstandan Qırğızıstanın paytaxtı Bişkekə və Özbəkistanın paytaxtı Daşkəndə müntəzəm uçuşların həyata keçiriləcəyi də planlaşdırılır.

Xatırladaq ki, ötən ilin dekabrında istismara verilən Türküstan Beynəlxalq Aeroportundan cari il martın 21-dən etibarən Qazaxıstanın "Fly Arystan" şirkəti tərəfindən Türküstan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirilir.

Qeyd edək ki, Türküstan türk dünyasının mənəvi paytaxtı elan olunub və bu barədə martın 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm