Region
İranda kimyəvi zavodda GÜCLÜ PARTLAYIŞ: yaralılar var
İranın Qum şəhərindəki “Moldan” kimyəvi zavodunda partlayış baş verib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə əyalətin yanğınsöndürmə xidmətinin rəsmisi Həmid Kureymi deyib.
Partlayışdan sonra zavodda bir neçə yerdə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə xidmətinin 150 əməkdaşı və 20 maşını göndərilib. Zavodun işçi heyəti təxliyə olunub.
Kureyminin sözlərinə görə, yanğın nəticəsində iki nəfər yanğınsöndürən xəsarət alıb, iki maşına isə ciddi ziyan dəyib.
“Yanğın söndürüldü, onun başqa anbarlara yayılmasının qarşısını aldıq, yoxsa daha böyük yanğın baş verə bilərdi”, - Kureymi bildirib.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü