"TürkSAT 5A" peyki orbitə çatdı
Bizi izləyin

Region

"TürkSAT 5A" peyki orbitə çatdı

"Yanvar ayında kosmosa buraxılan "TürkSAT 5A" xəbərləşmə süni peyki dünən (3 may) orbitə çatıb".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.

Paytaxt Ankarada keçirilən mətbuat konfransında çıxış edən nazir deyib ki, peyk 31 dərəcədə şərq orbitinə çatıb:

""TürkSAT 5A" peykinin sınaq işləri təxminən bir ay davam edəcək. Peykimiz iyundan sonra dünyaya xidmət göstərməyə başlayacaq. Süni peykimiz istifadəyə verildikdə, Türkiyə və Avropa, Orta Şərq, Şimali Afrika, Aralıq dənizi, Egey və Qara dənizlə yanaşı Orta-Qərb və Cənubi Afrikanı da əhatə edəcək".

Peykin televiziya yayımı və məlumat ötürmə xidmətlərində yeni Ku-banddan istifadə edərək lider ölkələrin liqasına daxil edəcəyini vurğulayan Karaismailoğlu "TürkSAT 5A" süni peyki sayəsində 30 ildən çox TV yayımı və rabitə sahələrində xidmət göstərəcəyin deyib.

Nazir Türkiyənin süni peyk trafikinin bundan sonra artacağını da vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm