Region
İran HƏMAS-a kömək edəcək
İran hakimiyyəti Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatına fəal dəstək verməkdə davam edəcək.
Publika.az TASS-a istinadla bildirir ki, bunu cümə günü İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri Hüseyin Səlami HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniya ilə telefon danışığı zamanı deyib.
"İslam Respublikası Fələstin xalqına və HƏMAS-ın cəsarətli hərəkatına hərtərəfli dəstək verməyə hazırdır. ...İran bu məsələdə öz rolundan imtina etməyəcək", - deyə Fələstin radiosu Dunya Al Watan Səlamidən sitat gətirib.
Haniya isə öz növbəsində "İrana Fələstin xalqına və HƏMAS-a göstərdiyi köməyə görə dərin minnətdarlığını" bildirib.
Radiostansiya qeyd edir ki, söhbət İran tərəfinin təşəbbüsü ilə keçirilib.
Bundan əvvəl isə İsraillə Fələstin radikal qruplaşmaları arasında atəşkəs rejiminin yaradılması ilə bağlı çıxış edən Haniya İran hakimiyyətinə maliyyə dəstəyinə və HƏMAS-a silah göndərdiyinə görə təşəkkür etmişdi.
Yeri gəlmişkən, bir az əvvəl Ağ Ev bəyan etmişdi ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki münaqişənin hazırkı durumu üzündən İsrailə hərbi yardım etmək planlarını dəyişmək niyyətində deyil.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO