İran açıqlama yaydı: 160 erməni hərbçi...
Bizi izləyin

Region

İran açıqlama yaydı: 160 erməni hərbçi...

160 erməni hərbçisinin İran ərazisində olması xəbəri həqiqəti əks etdirmir.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bununla bağlı İranın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda qeyd olunub.

"İran İslam Respublikasının Ermənistandakı səfirliyi hesab edir ki, bəzi erməni KİV-lərinin guya 160 hərbçinin İranda olması, İran tərəfinin isə onların qaytarılması üçün şərt irəli sürməsilə bağlı yaydığı məlumatlar yalan və əsassızdır", - bəyanatda bildirilib.

Qeyd edək ki, dünən erməni mətbuatı Qarabağda 44 günlük müharibə zamanı 160 erməni hərbçisinin İrana keçməsi ilə bağlı məlumat yaymışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm