Region
Türkiyə-Gürcüstan sərhəd qapıları bu tarixdən AÇILIR
Türkiyənin Ardahan rayonundan Gürcüstana açılan sərhəd qapılarından 1 iyundan etibarən vətəndaşlar gedib-gələ biləcəklər.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, yeni tip koronavirusla (Covid-19) mübarizə tədbirləri çərçivəsində təxminən bir ildir vətəndaşlara bağlı olan Türkgözü Sərhəd Qapısı və Çıldır-Aktaş Gömrük Qapısı açılır.
Ardahan Ticarət və Sənaye Palatasının (ATSO) başçısı Çetin Demirci qərarın Gürcüstan hökuməti tərəfindən verildiyini bildirərək deyib:
"Bu, sərhəd qapılarında hərəkətlilik üçün əhəmiyyətli addım oldu. Ardahanın Posof qəsəbəsindəki Türkgözü Sərhəd Qapısı ilə Çıldır qəsəbəsindəki Çıldır-Aktaş Gömrük Qapısının 1 iyundan etibarən vətəndaşların üzünə açılması bölgədə müsbət qarşılandı.
Hər iki ölkəyə getmək və gəlmək istəyənlərdən mənfi PCR testi ilə "COVID-19" peyvəndi arayışı istəniləcək.
Bundan başqa, hər iki sərhədi keçən vətəndaşlar olduqları ölkədə 3-cü gün yenə də test verməlidirlər".
Hüseyn
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO