Türkiyədə miqrantlar polisə hücum etdi: 2 ölü, 12 yaralı
Bizi izləyin

Region

Türkiyədə miqrantlar polisə hücum etdi: 2 ölü, 12 yaralı

Türkiyənin Siirt şəhərinin Pərvari rayonununda əfqan və pakistanlı 84 miqrantın olduğu yük maşınından polisə atəş açılıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Siirt Valiliyi məlumat yayıb.

“Nəzarət məntəqəsinə yaxınlaşan şübhəli yük maşını patrul tərəfindən “Dayan” xəbərdarlığına əməl etməyərək sürətini artırıb, şəxsi heyətin üstünə sürüb və atəş açıb. Patrul heyəti tərəfindən cavab atəşi atılıb”, - məlumatda deyilib.

Polisin açdığı cavab atəşi nəticəsində miqrantlardan 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm