Qara dənizdə bu qüvvələr gərginlik yaradır - Rusiya XİN
Bizi izləyin

Region

Qara dənizdə bu qüvvələr gərginlik yaradır - Rusiya XİN

"Qara dənizdəki vəziyyət regional olmayan oyunçular tərəfindən süni şəkildə alovlandırılır. Rəsmi Moskva Montrö Boğazlar Konvensiyasının icrasını yaxından izləyir".

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Bu mövzuda xüsusi rol hərbi gəmilərin boğazlardan tranzit keçməsinə nəzarət etmək hüququna sahib olan Türkiyəyə aiddir. Rusiya Konvensiyanın müddəalarının praktik olaraq necə həyata keçirildiyini, xüsusən daşınmalar zamanı ümumi maksimum tonnajın məhdudlaşdırılmasını, eləcə də dəniz sahili olmayan güclərin hərbi gəmilərinin Qara dəniz sularında qalma müddətini və digər durumları izləyir", - Rusiya XİN-in açıqlamasında qeyd olunub.

Bundan əvvəl Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikov NATO-nun Qara dənizdəki təlimlərindən danışmışdı. O, bildirmişdi ki, Qara Dəniz Donanması Rusiyaya artan hərbi və siyasi təzyiqlər qarşısında ölkənin təhlükəsizliyini etibarlı şəkildə qoruyur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm