Türkiyədə baş verən 125 yanğından 117-si söndürüldü
Bizi izləyin

Region

Türkiyədə baş verən 125 yanğından 117-si söndürüldü

Türkiyə ərazisində iyulun 28-dən bu günədək meydana gələn 125 yanğın hadisəsindən 117-si tamamilə söndürülüb və ya nəzarət altına alınıb.

Bu barədə qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

Çərşənbə gününə qədər yanğın bölgəsində havanın rütubətinin aşağı olacağını deyən nazir, isti və quru hava şəraitinin təxminən bir həftə davam edəcəyini xatırladaraq əhalini bununla bağlı daha diqqətli olmağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm