Ankarada TƏBİİ FƏLAKƏT: Sürücülər böyük təhlükə qarşısında qaldı - VİDEO
Bizi izləyin

Region

Ankarada TƏBİİ FƏLAKƏT: Sürücülər böyük təhlükə qarşısında qaldı - VİDEO

Günlərdi meşə yanğını ilə mübarizə aparan Türkiyə bu dəfə başqa təbii fəlakətlə üz-üzə qalıb.

Publika.az "İhlas Haber Ajansı"na (İHA) istinadla xəbər verir ki, paytaxtı Ankara şəhərinə uzun müddətdən sonra güclü yağış yağıb, şəhəri sel basıb.

Güclü sel suları Ankara-Eskişehir avtomobil yolunda hərəkəti iflic edib.

Yolların su basması səbəbindən nəqliyyat vasitələrinin sürücüləri uzun müddət avtomobillərini tərk edə bilməyiblər.

Qeyd olunur ki, hazırda Ankara Böyükşəhər Bələdiyyəsi təbii fəlakətin yaratdığı fəsadları aradan qaldırmağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm