Türkiyədə AĞIR QƏZA: ölənlər və yaralananlar var
Bizi izləyin

Region

Türkiyədə AĞIR QƏZA: ölənlər və yaralananlar var

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda şagirdləri aparan xidməti mikroavtobus dərəyə aşıb. Hadisə nəticəsində biri məktəbli olmaqla, iki nəfər həlak olub, 20 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Publika.az xəbər verir ki, ilkin məlumata görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə ilə bağlı açıqlama verən Kocaeli valisi Seddar Yavuz ətraf rayonlardan hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobillərinin çağırıldığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm