Amerikalı analitikdən ŞOK SÖZLƏR: Oyun qaydaları dəyişir, artıq Rusiya...
Bizi izləyin

Region

Amerikalı analitikdən ŞOK SÖZLƏR: Oyun qaydaları dəyişir, artıq Rusiya...

ABŞ elm sahəsinin əsas adlarından olan siyasi nəzəriyyəçi Frensis Fukuyama Türkiyənin silahlı pilotsuz uçuş apartlarının (SİHA) Rusiyaya narahatlıq gətirdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə F.Fukuyama sosial media hesabına paylaşım edib.

"Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər. Buna görə də Moskva bu məsələ ilə çox məşğul görünür" - siyasi nəzəriyyəçi qeyd edib.

Məlum olduğu kimi, Donbassda, xüsusilə Krımda Ukrayna ilə Rusiya arasında ciddi gərginlik yaşanır. Kiyev rəhbərliyi Moskvanın separatçı qüvvələrə dəstək verərək irəliləməsinin qarşısını almaq üçün Türkiyədən "Bayraktar TB2" uçuş aparatları alıb.

Ukrayna ötən həftələrdə Donbassda ilk dəfə bu PUA-lardan istifadə etməklə Rusiyaya mesaj verib. Kreml tərəfi həmişə bu uçuş aparatları ilə bağlı narahatlığını bildirir. Türkiyə isə silah satışını pisləyən Moskvaya cavab olaraq “Bizi Ukraynaya silah satmaqda günahlandırmaq olmaz” mesajını verib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm