İranda GÜCLÜ PARTLAYIŞ: hakimiyyət faktı təsdiqlədi
Bizi izləyin

Region

İranda GÜCLÜ PARTLAYIŞ: hakimiyyət faktı təsdiqlədi

İran hakimiyyəti Natanz bölgəsində partlayışa səbəb olan atış sınağı faktını təsdiqləyib.

Publika.az xəbər verir ki, İRNA xəbər agentliyi Natanz Hava Hücumundan Müdafiə Qüvvələri komandanlığına istinadla məlumat yayıb.

"Bir saat əvvəl ərazidəki raket sistemlərindən biri döyüş hazırlığını qiymətləndirmək üçün sınaqdan keçirilib. Narahatlığa heç bir əsas yoxdur".

Agentliyin məlumatına görə, partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur.

Hadisə nəticəsində itkilərin olmadığı qeyd edilib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm