Lukaşenko və Putin razılığa gəldi – Belarus Rusiyadakı səfirini dəyişdi
Bizi izləyin

Region

Lukaşenko və Putin razılığa gəldi – Belarus Rusiyadakı səfirini dəyişdi

Belarus Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Krutoy respublikanın Rusiyadakı səfiri təyin edilib.

Publika.az xəbər verir ki, bu gün səhər saatlarında səfirin dəyişdirilməsi Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko tərəfindən razılaşdırılıb.

“Prezidentlər Belarus Respublikasının Rusiya Federasiyasına yeni səfirinin təyin edilməsi ilə bağlı razılığa gəliblər. Belarus tərəfinin aqremanı artıq qəbul edilib. Vladimir Semaşkonu bu vəzifədə Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Krutoy əvəz edir, o, vaxtilə inteqrasiyanın dərinləşdirilməsi üçün Birlik proqramlarının hazırlanmasında bilavasitə iştirak etmişdi”, - deyə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Vladimir Semaşko 2018-ci ilin noyabrından Belarusun Rusiyadakı səfiri vəzifəsində çalışır. O, 2019-cu ildən həm də İttifaq dövləti çərçivəsində respublikanın fəaliyyəti üzrə baş nazirin müavini səlahiyyətlərinə malikdir.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm