Region
Putin Ərdoğandan buna yardım istəyir

Rusiya hakimiyyəti bank, enerji və sənaye sektorlarında sanksiyaların qarşısını almaq üçün Türkiyəyə müraciət edib.
Publika.az Axar.az-a isinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ukrayna kəşfiyyatının dinləmələrinə istinadən yazıb.
Məlumata əsasən, Rusiya Türkiyənin neft emalı zavodları, neft terminalları və su anbarlarında pay almaq üçün icazə istəyir. Çünki Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar gələn il tam qüvvəyə minəcək. Bu zaman isə neft satışı zamanı onun mənbəyini gizlətmək lazım gələcək.
Həmçinin, Rusiya bir neçə türk bankının Rusiya maliyyə qurumları üçün hesab açmasını və sənaye istehsalçılarının Türkiyənin azad iqtisadi zonalarında fəaliyyət göstərməsinə icazə verməsini də istəyir.
Türkiyənin bu razılaşmalarla bağlı mövqeyinə gəldikdə, nəşr yazır ki, ölkənin Rusiyanı dəstəkləyəcəyinə hələ ki, heç bir əlamət görmür. Ona görə ki, bu, ölkənin öz bank və şirkətlərini ikinci dərəcəli sanksiyalara məruz qoya bilər. Beləliklə onların Qərb bazarlarına çıxışı tam əngəllənər.
Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin bu gün Soçidə görüşü baş tutub.

-
Magazin204:59
Aralarındakı problemin əsas səbəbi bəlli oldu
-
Magazin129 May 22:31
“Barbie” Aygün Kazımova... - FOTO
-
İdman29 May 20:40
Rövnəq Abdullayevə etiraz etdilər, fitə basdılar - VİDEO
-
Nida Xəbər 29 May 19:12
Müdafiə Nazirliyi məlumat yaydı
-
Nida Xəbər 29 May 19:08
Elxan Qasımov vəfat etdi - FOTO
-
Magazin129 May 18:38
Həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı - VİDEO
-
Region29 May 17:45
Rusiya NATO ilə müharibə edə bilər
-
Magazin229 May 17:20
Oktay Kaynarcadan üzücü xəbər