Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
Bizi izləyin

Region

Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO

"Suriyada terror təşkilatının yuva qurduğu son bölgələri də təmizləyərək, bu təhlükəsizlik kəmərinin halqalarını tezliklə birləşdirəcəyik".

Publika.az xəbər verir ki, bun Çankaya Köşkündə keçirilən 13-cü Səfirlər Konfransına qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin cənub sərhədləri boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik xətti qurmaq əzminin dəyişmədiyini vurğulayan Ərdoğan bildirib:

"Sərhədlərimiz daxilində və xaricində həyata keçirdiyimiz əməliyyatlarla separatçı terror təşkilatının belini qırdıq. Biz bu təşkilatların tərəfdarları ilə birlikdə bütün dünyaya göstərdik ki, regionumuzun gələcəyində terrora yer yoxdur.

İmperialistlərin tətikçisi olan qatil sürülərini bölgəmizdən tamamilə qovmayana qədər dayanmayacaq terrorla mübarizəmizi davam etdirəcəyik. Cənub sərhədimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz bir xətt çəkmək qərarımız qalır. İnşallah Suriyada terror təşkilatının yuva saldığı son əraziləri də təmizləyərək bu təhlükəsizlik kəmərinin halqalarını tezliklə birləşdirəcəyik".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm