Türkiyədə təlim təyyarəsi qəzaya uğradı: yaralananlar var
Bizi izləyin

Region

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı: yaralananlar var

Türkiyənin Afyonkarahisar vilayətində mülki təlim təyyarəsi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, ilkin məlumata əsasən, qəza nəticəsində təyyarədə olan iki nəfər xəsarət alıb. Onlar bölgədəki xəstəxanaya çatdırılıblar.

Hadisə Afyon Kocatepe Universitetinin heyvan ferması ərazisində meydana gəlib.

Qəza ilə bağlı hələ açıqlama verilməyib.

Faktla bağlı araşdırma başladılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm