Region
Tbilisi Aİ-nin vahid pul məkanına qoşulacaq
Gürcüstan Avropa İttifaqı (Aİ) ölkələri ilə pul əməliyyatlarını asanlaşdıracaq vahid avro ödəniş məkanına (SEPA) qoşulmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili bazar ertəsi hökumətin iclasında bildirib.
“Biz vahid avro ödəniş məkanına qoşulmağa hazırlaşırıq. Bu, Avropa İttifaqının Avrozona ölkələrində ödəniş xidmətlərinin, eləcə də onların provayderlərinin uyğunlaşdırılması üzrə təşkilatıdır. Onun üzvləri 27 Aİ ölkəsi, həmçinin Böyük Britaniya, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyndir”, - deyə Qaribaşvili vurğulayıb.
O əlavə edib ki, hökumət bu istiqamətdə fəal işləyir və məsələnin üzərində İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Milli Bank, eləcə də dövlətin müvafiq digər idarələri çalışır. Artıq üç qanun layihəsi hazırlanıb və təsdiq olunmaq üçün parlamentə göndəriləcək.
Qaribaşvilinin sözlərinə görə, SEPA-ya qoşulmaq respublikanın Aİ-yə inteqrasiyası istiqamətində irəliyə doğru daha bir addımdır.
Tural Turan
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı