Zelenskidən gürcüstanlı həmkarına XÜSUSİ MƏKTUB
Bizi izləyin

Region

Zelenskidən gürcüstanlı həmkarına XÜSUSİ MƏKTUB

"Ölkənizin Ukraynaya qətiyyətli və sarsılmaz dəstəyinə görə minnətdaram ki, bu da bizim üçün əvəzsizdir, çünki dəstəyiniz bizi qələbəmizə daha da yaxınlaşdırır".

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin Gürcüstan Prezidenti Salome Zurabişviliyə ünvanladığı məktubunda deyilir.

Ukrayna liderinin məktubunu Tbilisidə keçirilən “Yaşasın Ukrayna!” beynəlxalq konfransının iştirakçılarına Ukraynanın Gürcüstandakı müvəqqəti səfiri Andrey Kasyanov təqdim edib.

Məktubda deyilir:

“Bu ilin avqustunda Krım Platformasının ikinci sammitində iştirak etdiyinizə görə sizə təşəkkür etmək istərdim. Sammit Ukraynanı və beynəlxalq hüquqi nizamı Rusiyanın təcavüzündən qorumaq üçün demokratik ölkələrin birliyini və gücünü nümayiş etdirdi. Çox vacibdir ki, sammit iştirakçıları Rusiyanın Ukrayna yarımadasını işğal etməsini qəbul etməyəcəklərini və Ukraynanın suveren ərazisinin qanunsuz ilhaqını heç vaxt tanımayacaqlarını açıq şəkildə bəyan etdilər".

Ukrayna prezidenti məktubda bildirib ki, sammitdə həmçinin Ukrayna xalqının 2014-cü ildə Krımın ələ keçirilməsi ilə başlayan Rusiya təcavüzündən müdafiə olunmaq və Ukraynanın bütün ərazisini, o cümlədən Krım yarımadasını beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində azad etmək üçün qanuni haqqı təsdiqlənib:

"Ölkənizin Ukraynaya verdiyi qətiyyətli və sarsılmaz dəstəyə görə minnətdaram, bu, bizim üçün əvəzsizdir, çünki dəstəyiniz bizi qələbəmizə yaxınlaşdırır. Biz ölkəmizi işğaldan azad etmək üçün əlimizdən gələni etməliyik, cinayətkar və təcavüzkar müharibəyə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməliyik. Mən Krım Platforması çərçivəsində əməkdaşlığımızı davam etdirməyi, xüsusən də ölkənizin Krım Platformasının birinci Parlament Zirvəsi və Qara Dəniz Təhlükəsizlik Konfransında iştirakını səbirsizliklə gözləyirəm. Mən qəti şəkildə inanıram ki, biz vahid səylə təcavüzkara qalib gələcəyik”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm