Bahçelidən soyqırım AÇIQLAMASI: Ərzuruma gəlin!
Bizi izləyin

Region

Bahçelidən soyqırım AÇIQLAMASI: Ərzuruma gəlin!

"Erməni silahlı dəstələri 1914-cü ilin mayından 1922-ci ilin mayınadək 518 min 305 müsəlman-türkü qətlə yetirib. Soyqırımı görmək istəyən, qətliamın necə olduğunu bilmək istəyən varsa, gəlib Ərzuruma baxsınlar. Gəlib hələ də izləri qalan acılı, tükürpədən əzab-əziyyəti, işgəncə və cinayətləri görsünlər".

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli deyib.

O, Ərzurum şəhərində “2023-ə doğru: namizəd bəlli, qərar qəti!” şüarı ilə keçirilən regional mitinqdəki çıxışında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini Ermənistana səfərinə görə kəskin şəkildə ittiham edib.

MHP sədri ABŞ təmsilçisinin İrəvandakı saxta “soyqırım” abidəsi önündə “timsah göz yaşları” axıtdığını xatırladaraq deyib ki, sülh və sabitliyə qarşı çıxan Azərbaycan və Türkiyə yox, məhz işğalçı Ermənistandır:

"Tarixi həqiqətləri və günümüzün reallıqlarını göz ardına vuraraq saxta "soyqırımı”ndan danışılması yolverilməzdir. Bu, həm də beynəlxalq hüquqa qarşı təhdiddir".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm